Abşeronda 18 yaşlı gənc avtomobilini aşırdı
Abşeronda 18 yaşlı gənc avtomobilini aşırdı
Abşeronda 18 yaşlı gənc avtomobilini aşırdı

ÜMİDTV: Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, 2002-ci il təvəllüdlü Məmmədov Elgün Rəfail oğlu idarə etdiyi avtomobili aşırıb.
Ağır bədən xəsarətləri alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.