NİCAT OCAQLIDAN MÜBARİZ MƏNSİMOVA DƏSTƏK....- VİDEO

“ÜMÜD.TV”-də Vətən Sevdalısı Mübariz Mənsimova dəstək olaraq yayımlanan onlayn canlı yayıma Azərbaycan Və Media İnformasiya Agentliyinin Baş Redaktoru Nicat Ocaqlı da qoşulub. Nicat Ocaqlı canlı yayımda çıxış edərək Mübariz Mənsimovun vətənpərvərliyi, xeyriyyəçiliyi, türksevərliyi haqqında geniş məlumat verib. Natiq çıxışında deyib: “Mübariz bəy Azərbaycan xalqının ən dəyərli, ən vətənpərvər iş adamlarından biridir. Bütün Azərbaycan xalqı Mübariz bəyin günahsız olduğuna inanır. Pandemiyanın tüğyan etdiyi bir vaxtda 500 min azərbaycanlıya dəstək olduğunu, 44 gün davam edən Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiyini və Şanlı Ordumuza öz dəstəyini əsirgəmədiyini bütün xalqımız gözəl bilir.”
Nicat Ocaqlı onu da vurğulayıb ki, uzun müddət erməni əsirliyində olan Dilqəm və Şahbazı Ölkəmizə gətirən Möhtərəm Prezidentimizin müdrik və uzaqgörən siyasəti sayəsində Mübariz Mənsimovun da qardaş ölkədə günahsız olduğu sübuta yetirilib, tezliklə azdlığa qovuşacağına inanırıq.
Çıxışında Mübariz bəyin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin təhsil haqqının ödənilməsinə köməklik göstərən və Şəhid ailələrinə madi, mənəvi dəstək olan, ürəyi hər zaman Azərbaycanla döyünən qeyrətli Vətən Oğlunun tezliklə azadlığa qovuşacağına inandığını bildirən Nicat Ocaqlı sonda belə dedi: “ Mənim sözüm Mübariz bəyin hesabına var-dövlət qazanıb indi onun haqqında şər-böhtan danışanlara və sadəcə Mübariz bəyin haqqında susanlaradır:—Xəyanətin sonu yoxdur, Mübariz Mənsimov azdlığa çıxacaq, bəs siz nə üzlə onun yanına gedəcəksiniz?-“
Tanınmış bəstəkar Sevinc Tofiqqızı da Nicat müəllimin fikirləri ilə şərik olduğunu bildirdi və Mübariz bəyə tezliklə azadlığa qovuşmağını arzuladı.