Ötən gün postlardan neçə maşın geri qaytarılıb? - RƏSMİ

Ötən gün postlardan neçə maşın geri qaytarılıb? - RƏSMİ

Ötən gün postlardan neçə maşın geri qaytarılıb? - RƏSMİ

ÜMİDTV:        Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların giriş-çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən davam etdirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində ötən gün bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulması halları aşkarlanıb.

Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nəzarət-profilaktik yoxlamalar zamanı postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2532 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.