LERİKİN QƏHRƏMAN ZABİTİ DOĞMA OCAĞINA QAYITDI-ŞİNƏBAND-VİDEO

LERİKİN QƏHRƏMAN ZABİTİ DOĞMA OCAĞINA QAYITDI-ŞİNƏBAND-VİDEO

LERİKİN QƏHRƏMAN ZABİTİ DOĞMA OCAĞINA QAYITDI-ŞİNƏBAND-VİDEO

ÜMİDTV:      Lerik rayonu son 44 günlük müharibə ərəfəsində vətənpərvərlik gücünü bütün dünyaya göstərdi. 27 sentyabr Lerik rayonunda Səfərbərlik Üzrə Dövlət Xidmətnin qarşısına toplaşanların, könüllü vətən müharibəsinə yollanmaq istəyənlərin haqqında nəinki Azərbaycan mediası, hətta Türkiyə mediasında da geniş nümaiş etdirildi.

Lerik rayonunun digər kəndləri ilə yanaşı Şinəband kəndindən də yaşlı-gənc bilmədən döyüşə qatılan qəhrəmanlarımız oldu. Həmin qəhrəmanlardan biri də, zabit Baş Leytenant Zəki Hacıyev idi. Zəki Hacıyev döyüşün ilk günlərindən Vətən müharibəsinə qatılmış, hər bir rayonumuzun azad edilməsində müstəsna xidmətləri olmuşdur!

Qeyd edək ki, Zəki Hacıyev bu gün hərbi xidmətdən artıq tərxis olunaraq doğma ocağına, sevdiklərinin yanına döndü. Onu qarşılamaq üçün yollara axışan Şinəband kənd sakinləri qəhrəmanımızı təbrik edir, ürəkdən qucaqlayır və doğma ocağına xoş gəldin deyirlər. Hətta 1-ci Qarabağ müharibəsində vətən uğrunda ayağını itirmiş hərbi əlil  Sahib Talıbov da qəhrəmanımızı qarşılamaq üçün yola çıxmışdır!

Lerik rayonu həm birinci, həm də ikinci - yəni VƏTƏN müharibəsində vətənə olan məhəbbətini əyani şəkildə nümayiş etdirdi. 

Bəli, BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

Yaşasın Azərbaycan !

Elcan Məmiyev / Ümid Tv  Lerik

QEYD:  Video reportajda texniki səbəbdən zabitimizin rütbəsi Kapitan olaraq qeyd olunub. Zabitimizin rütbəsi yazı xəbərdə Baş leytenant olaraq düzəliş edilmişdir. 

Ətraflı video reportaj linkdə:

Bu linkə daxil ol, izlə və paylaş:     http://youtu.be/IswKUMXbFRE

Youtube kanalımıza abunə olmağı UNUTMA !