Qəhrəmanlarımızı tanıyaq - ELXAN YUNUSLU

Atası 1-ci Qarabağ müharibəsində, özü isə 2-ci Qarabağ müharibəsində (VƏTƏN MÜHARİBƏSİ) iştirak etmiş qəhrəman

Qəhrəmanlarımızı tanıyaq - ELXAN YUNUSLU
Hazırda Cənubi Qafqaz dramatik hadisələrlə dolu tarixinin gərgin səhifələrindən birini yaşamaqdadır, halbuki yaşanmaqda olan dövrün mürəkkəbliyinə baxmayaraq Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazılır. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağa məqsədyönlü şəkildə gətirilmiş muzdlu terrorçu quldur dəstələri və himayəçi dövlətlərin hərbi qüvvələrinin köməyi ilə 1988-1994-cü illər arasındakı dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bölgənin ətrafındakı 7 rayonu işğal edərək 26 il ərzində vaxtilə çiçəklənən bir diyarı "boz zonaya" çevirmişdi. Azərbaycan Ordusu Ermənistanın 6 il ərzində apardığı müharibə nəticəsində işğal etdiyi torpaqların böyük bir hissəsini cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi, işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, milli ordumuzun gücü və potensialını bütün dünyaya göstərdi.
 
Yaşanmış tarixin epizodlarına nəzər yetirsək Azərbaycan dövlətçiliyi müstəqillik uğrunda Azərbaycan xalqının son otuz illik dövrü ərzində apardığı mübarizənin nəticəsində formalaşaraq müasir vəziyyətə gəlmiş, çoxsaylı faciələr və qanlı-qadalı hadisələr yaşamış, şəhidlər vermişdir. XX yüzilliyin sonları Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri idi. Ölkə daxili və xarici düşmənlərin əli ilə parçalanmaqda idi.
 
Çağıran Vətəndirsə, övladı mütləq səsinə səs verəcək. Hər dövrdə belə olub. İndi də belədir. Sentyabrın 27-dən bəri davam edən Vətən mübaribəsinin qəhrəmanları da onlar - gənc yaşlarında tarix yazan Azərbaycan igidləridir. Dar günündə Vətənin qeyrət qalasına dönüblər, namərd düşmənin qarşısına sipər çəkiblər.
 
Bəli, Lerik rayonu son 44 günlük müharibə ərəfəsində vətənpərvərlik gücünü bütün dünyaya göstərdi. 27 sentyabr Lerik rayonunda Səfərbərlik komissiyasının yanında toplaşanlar, könüllü vətən müharibəsinə yollanmaq istəyənlər nəinki Azərbaycan mediasında, Türkiyə mediasında belə ictimailəşdirilib böyük rəğbət qazandı. 
 
Hər kəs həyata bir dəfə gəlir və hər kəs də Tanrı tərəfindən ona bəxş olunan ömrü müxtəlif cür yaşayır. Rəzil, qorxaq, şəxsi həyatına qapanaraq yaşayan insanlar cəmiyyətdə heç nə ilə fərqlənmirlər və özlərini isə bütün zamanlarda yüksək dəyərləndirmişlər. Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevən qartal timsallı insanlar gedir vətənini könüllü qorumağa. Belə ömür şərəflidir, əbədidir. Həyatda şücaətlər göstərən, Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır, əməlləri barədə şeirlər yazılır, mahnılar, dastanlar qoşulur.
Ana yurdumuz Azərbaycan ta əzəldən qəhrəmanlar diyarı kimi tanınır. Qədim Oğuz elində adət imiş. Ov ovlamayan, düşmən qarşısına çıxıb igidliklər göstərməyən gənc ad ala bilməzmiş, ailədə, nəsildə belə oğula hörmət göstərilməzmiş. Oğuz qızları da yalnız öz sevgililərini sayıb mərdliklərinə əmin olduqdan sonra onlara könül verərlərmiş. Babək, Cavanşir, Koroğlu, Nəbi, Tomris, Həcər, Nigar timsallı mərd oğul və qızlarımız zaman-zaman Azərbaycan adlı məmləkətin qəhrəmanlıq salnaməsini yaratmışlar.
Xalqımıza, odlar yurdu Azərbaycana xas olan qəhrəmanlıq ənənəsi bu gün də yaşayır. Məgər 1990-cı ilin 20 Yanvar gecəsində mərd oğul və qızlarımızın Vətənin müstəqilliyi uğrunda ayağa qalxmalan, təpədən dırnağadək müasir texnika ilə silahlanmış qoşunların yolu üstündə əliyalın canlı sədd qurmaları əsl qəhrəmanlıq nümunəsi deyilmi? Qarabağ uğrunda müharibədə misilsiz şücaətlər göstərən, ölümləri ilə ölməzlik qazanan şəhidlər məhz bizim dövrün qəhrəmanlarıdırlar. Onların adı nəsildən-nəslə keçərək daim yaşayacaq, ruhları Vətənin göylərində həmişə sərbəst yaşayacaq. Sevimli şairimiz Musa Yaqub Azərbaycanın oğul və qızlarının Vətənə olan sonsuz məhəbbətini aşağıdakı misralarda səmimi şəkildə belə ifadə etmişdir.
 
Bəlkə də, borcundan çıxmadım,
Vətən Ömür bahar deyil ki, bir də qayıtsın.
Öləndə qoynunda qoy ölüm ki mən,
Çürüyüm, birovuc torpağın artsın...
 
Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. İkinci Dünya müharibəsində Lerikin  igid oğlu Elxan Balaşirin oğlu Bəşirov da könüllü xidmətə yollanan,  vətənə xidməti ilə xalqın yaddaşında igidlik, qəhrəmanlıq zirvəsinə yüksələnlərdəndir.
 
Qeyd edək ki, Elxan Bəşirovun atası Balaşirin Bəşirov da həmçinin 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. 
 
Lerik rayonu, hər zaman yetişdirib, yetişdirir və yetişdirəcək! Qəhrəmanlarımızla qürur duyuruq!
 
Elcan Məmiyev / Ümid Tv