Qvardiola meydana çıxarmağa oyunçu tapmır

Qvardiola meydana çıxarmağa oyunçu tapmır

Qvardiola meydana çıxarmağa oyunçu tapmır

ÜMİDTV:     “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola koronavirus səbəbindən oyunçu çatışmazlığından şikayətlənib.

Bu barədə “Sky Sports” məlumat yayıb.

“Hər klub koronavirus təhlükəsi ilə mübarizə aparır. Vəziyyət bizim üçün tamamilə yenidir. Bizim ehtiyatda çox oyunçumuz yoxdur. Uzun müddət yalnız 14-15 futbolçunun xidmətindən istifadə etmək çox çətindir”, - deyə P. Qvardiola qeyd edib.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada 29 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.