Ağdaş və Tərtər sakinlərindən odlu silahlar götürülüb
Ağdaş və Tərtər sakinlərindən odlu silahlar götürülüb
Ağdaş və Tərtər sakinlərindən odlu silahlar götürülüb

ÜMİDTV: Ağdaş və Tərtər sakinlərində qanunsuz silahlar aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Q.Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Eyni zamanda Tərtər polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakinləri Q.Rzayevin, X.Axundovun, S.Allahverdiyevin və E.Cahangirovun yaşadıqları evlərə baxış zamanı beş ədəd “İJ” markalı ov tüfəngi aşkarlanıb.