Baş nazirdən koronavirusla mübarizə aparan tibb işçiləri ilə bağlı QƏRAR
Baş nazirdən koronavirusla mübarizə aparan tibb işçiləri ilə bağlı QƏRAR
Baş nazirdən koronavirusla mübarizə aparan tibb işçiləri ilə bağlı QƏRAR

ÜMİDTV: “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə martın 31-dək veriləcək.
Dəyişiklikdən öncə isə, tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilmə vaxtı yanvarın 1-dək göstərilirdi.