NÖVBƏTİ ERMƏNİ TERRORU: GƏNCƏ YENİDƏN VURULDU- ÖLƏN VƏ YARALANANLAR VAR
Ermənistan tərəfdən Gəncəyə iki raket atılıb.
NÖVBƏTİ ERMƏNİ TERRORU: GƏNCƏ YENİDƏN VURULDU- ÖLƏN VƏ YARALANANLAR VAR

Gecə saatlarında Erməni faşizmi Gəncədə növbəti terror aktı törətdi. Məlumata görə Ermənistan ərazisindən Gəncəyə iki raket atılıb. Nəticədə 20 evdə dağıntılar baş verib. İlkin məlumata görə 5 dinc sakin həlak olub, 20 nəfər yaralı var. Hadisə yerinə FHN nin əməkdaşları, polis, əsgər və təcili yardım avtomobilləri cəlb olunub. Hadisə yerində xilasetmə işləri davam etdirilir.