Qazaxıstanın hakim partiyası parlament seçkilərində qalib gəldi
Qazaxıstanın hakim partiyası parlament seçkilərində qalib gəldi
Qazaxıstanın hakim partiyası parlament seçkilərində qalib gəldi

ÜMİDTV: Qazaxıstanda keçirilən parlament seçkilərində hakim “Nur Otan” partiyası qalib gəlib.
TASS bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası sədrinin müavini Konstantin Petrovun açıqlamasına istinadla xəbər yayır.
Partiya 5 148 074 səs (71.09 %) qazanıb.
Səsvermə nəticələrinin ardından üç partiyanın - “Nur Otan” , “Ak Jol” (10,95%) və Qazaxıstan Xalq Partiyasının (NPK) (9,10%) parlamentə daxil olduğu qeyd edilir.
Bazar günü Qazaxıstanda Məclisə partiya siyahısı ilə millət vəkillərinin seçkisi keçirilib. Məclisə 107 deputat daxildir, onlardan 98-i gizli səsvermə yolu ilə partiya siyahıları, qalan doqquz millət vəkili isə Qazaxıstan Xalq Assambleyası tərəfindən seçilib.