Millimizin məşqçisi Rusiya klubunda
Millimizin məşqçisi Rusiya klubunda
Millimizin məşqçisi Rusiya klubunda

ÜMİDTV: Rusiyanın MOİK komandasının qapıçılarla iş üzrə məşqçi vəzifəsinə həmyerlimiz təyin olunub.
Klubun rəsmi saytının yaydığı məlumata görə, Dmitri Kramarenko bu vəzifəni icra edəcək.
O artıq kollektivlə birlikdə İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.
Qeyd edək ki, Dmitri Kramarenko 2002-2003-cü illərdə MOİK-in formasını geyinib. O, karyerasını başa vurduqdan sonra klubun akademiyasında çalışıb. 2020-ci ildən isə Kramarenko Azərbaycan millisində qapıçılarla iş üzrə məşqçi kimi çalışıb.
Dmitdi Kramarenko qapıçı kimi "Neftçi", "Karvan", "Xəzər Lənkəran", "İnter" və "Simurq" klublarının, o cümlədən Azərbaycan millisinin formasını geyinib.