FOTO: ŞƏHİD RUSLAN RƏHİMOVUN ADINA BULAĞIN AÇILIŞI OLDU – XƏZƏR BİNƏ

ŞƏHİD RUSLAN RƏHİMOVUN ADINA BULAĞIN AÇILIŞI OLDU – XƏZƏR BİNƏ

FOTO: ŞƏHİD RUSLAN RƏHİMOVUN ADINA BULAĞIN AÇILIŞI OLDU – XƏZƏR BİNƏ

ÜMİDTV:      Vətən savaşında canını Azərbaycan üçün fəda etmiş şəhidlərimizin xatirəsi əziz tutulmaqla yanaşı, adlarının əbədiləşdirilməsi istiqamətində istər dövlət, istərsə də ictimaiyyət tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir.

Bu gün Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu adlanan qəsəbədə, Beyləqan rayonunda anadan olmuş, Vətən savaşında Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidimiz Rəhimov Ruslan Tanrıverdi oğlunun adına ŞƏHİD BULAĞININ açılışı oldu. 

Açılışda Vətən savaşının Qaziləri, qəsəbə ağsaqqalları, ictimaiyyət nümayəndələri, Bələdiyyənin nümayəndəsi, Mübarizlərdən Sabir Cabirzadə, Təhmiraz Qəribli, Valeh Lerikli, Rəhman Cəbiyev və digərləri iştirak etdilər.

Tədbirdə şəhidlərimizin ruhuna dualar oxundu və iştirakçıların çıxışlarından sonra Vətən savaşının qaziləri Şəhid Bulağının üzlük pərdəsini endirdilər.

Qeyd edək ki, şəhidimizin xatirəsinin əbədiləşdirilməsi üçün Şəhid Bulağının təşəbbüskarı qəsəbə sakini Əlizamin Məmmədovdur.

Xatırladaq ki, şəhidimiz Ruslan Rəhimovun bir qardaşı Qazidir. Digər qardaşı 1995-ci ildə Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksəlib.

Beləliklə, bir ailənin iki övladı, Azərbaycanımızın ərazi bütövlüyünün təmin edilməsi yolunda canlarını Vətən uğrunda fəda edərək şəhidlik məqamına yüksəliblər.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Şəhidlər Unudulmaz Qəhrəmanlarımızdır !

Xatırladaq ki, tədbirdən hazırlanan video reportaj sabah saat 20:00-da  Ümid Tv Azərbaycan kanalının xəbərlər proqramında izləyicilərə təqdim olunacaq.