FOTO: Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu ÜmidTv Azərbaycan kanalının rəhbəri Rəhman Cəbiyevi təltif etdi

ÜMİDTV: Azərbaycanın ictimai-siyasi həyatında xüsusi xidmətləri olan “Vətən uğrunda hərəkatın” təşəbbüs qrupunun sədri Xudu Xudiyevin və Beynəlmiləçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucun xidmətləri danılmazdır. Hər zaman kollektiv olaraq əlil və şəhid ailələrinə, ölkə ictimaiyyətinin ehtiyacı olan təbəqələrinə diqqət və qayğı ilə yanaşıblar.
Xüsusi ilə qeyd edirik ki, sözügedən təşkilatların rəhbərləri olan bu iki şəxsiyyət ölkədə və ölkə ictimaiyyətində xidmətləri olan insanları da diqqətdən kənar saxlamayıblar.
Belə ki, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun təsis etdiyi qardaşlıq və yardımlaşma mükafatı bu dəfə ÜmidTv Azərbaycan kanalının rəhbəri Rəhman Cəbiyevə təqdim olundu.
Rəhman Cəbiyev, Azərbaycanın Dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycan vətəndaş Cəmiyyətinin inkişafında, gənclərə hərbi vətənpərvərlik ruhunun aşılamasında və Şəhid ailələrinə, müharibə Qazilərinə, Veteranlarına göstərdiyi diqqət və qayğıya və Vətən Müharibəsində göstərdiyi ictimai xidmətlərinə görə Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu tərəfindən“Qardaşlıq və Yardımlaşma” medalı ilə təltif olunub.
Medalı “Vətən uğrunda hərəkatın” təşəbbüs Qrupunun sədri Xudu Xudiyev təqdim edib.
Təqdimetmə xatirə şəkillərinin çəkilməsi ilə sona çatıb.
ÜmidTv-nin rəhbəri diqqətə görə Xudu Xudiyevə, Sərraf Oruca və kollektivlərinə təşəkkürünü bildirib.