Koronavirus qorxusundan üç ay aeroportda gizləndi
Koronavirus qorxusundan üç ay aeroportda gizləndi
Koronavirus qorxusundan üç ay aeroportda gizləndi

ÜMİDTV: ABŞ-da koronavirusa yoluxma qorxusu ilə üç ay Çikaqo hava limanında gizlənən ölkə vətəndaşı tutulub.
“NBC5Chicago” telekanalı xəbər verir ki, Kaliforniya ştatından olan 36 yaşlı Aditya Sinqx 19 oktyabrda Çikaqoya gəlib və o zamandan bəri Ohara Hava Limanından çıxmayıb.
Los-Ancelesdə yaşayan Sinqx saxlanılıb.
Hava limanı işçisinə məxsus jetonu əldə edən Sinqx sərnişinlərin onunla paylaşdığı yeməklə qidalanıb.
O, qadağan olunmuş əraziyə qanunsuz giriş və oğurluqda ittiham olunur.