Efirdə 20 yanvar gecəsinin dəhşətləri canlandırıldı

Bu gün Dünya TV-nin “Üz-Üzə”verilişinin qonaqları Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli,Qarabağın Tutusu,qazisi Rüxsarə Cumayeva,20.01.1990-cı illərin canlı şahidi,”Qafqaz-Media”İB-nin sədri,həkim-jurnalist,şairə,Qanlı Yanvar günlərinin canlı şahidi,13 N-li Birləşmiş Şəhər xəstəxanasında həkim kimi növbədə olmuş Hacı Azadə-Taleh Abbasqızı və politoloq ,siyasi elmlər üzrə fəlsəfə doktoru Ramin Hüseynov idi
19 yanvar 2021-ci ildə Dünya TV-nin “Üz-Üzə” verilişində 19-dan 20-nə keçən gecənin dəhşətlərini göz önündə canlandırdılar.20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.
Aparıcı Könül Həbibqızının Azərbaycanın müstəqilliyi ilə bağlı suallarını cavablandırdılar.Bildirdilər ki,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədilər.Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.
Hər ilin bu günü xalqımız 20 Yanvar hadisələrinin ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır…
Verilişdən sonra Şəhidlər Xiyabanını ziyarət etdilər.Cəmi şəhidlərimizə Allahdan rəhmət dilədilər!