Pakistanda avtobus aşıb: Ölənlər var
Pakistanda avtobus aşıb: Ölənlər var
Pakistanda avtobus aşıb: Ölənlər var

Səhər saatlarında Pakistanın qərbində yerləşən Bəlucistan əyalətində ağır yol nəqliyyat hadisəsi baş verib.
“Sinxua” informasiya agentliyinin məlumatına əsasən, Kəraçiyə gedən şəhərlərarası avtobusun yoldan çıxaraq aşması nəticəsində azı səkkiz nəfər dünyasını dəyişib, 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Ölənlər arasında qadın və uşaqlar da var. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti kritikdir.
Polisin ilkin rəyinə görə, qəzaya səbəb avtobus sürücüsünün sürət həddini aşması olub.