Göyçayda ikimərtəbəli evdə yanğın

Göyçayda ikimərtəbəli evdə yanğın

Göyçayda ikimərtəbəli evdə yanğın

ÜMİDTV:                  Göyçay rayonunun Qızılağac kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə yanıb. 

Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.