Prezidentin köməkçisi: "Azərbaycan 1 200 erməni hərbi qulluqçusunun meyitini qaytarıb”

Prezidentin köməkçisi: "Azərbaycan 1 200 erməni hərbi qulluqçusunun meyitini qaytarıb”

Prezidentin köməkçisi: "Azərbaycan 1 200 erməni hərbi qulluqçusunun meyitini qaytarıb”

“Azərbaycan Rusiya Federasiyasının sülhməramlı kontingenti ilə “açıq dialoqu və kommunikasiyanı” dəstəkləyir, bu kontingentin nümayəndələri “öz işini peşəkar səviyyədə yerinə yetirir”.

ÜMİDTV:     xəbər verir ki, bunu “Atlantik Şurası” nəzdində Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst olan tədbirdə mərkəzin və auditoriyanın suallarını Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavablandırarkən deyib.

Prezidentin köməkçisi bildirib ki, noyabrın 9-da məlum bəyanat imzalanandan sonra Azərbaycanın dövlət sərhədini keçmiş 62 nəfər silahlı erməninin məqsədi Azərbaycan mövqelərinə hücum etmək idi, onlar hətta özləri ilə müəyyən texnika da götürmüşdülər:

“Bu şəxslər hərbi əsir deyil, onlar əsirlərin digər kateqoriyasına aiddir. Bəyanat imzalanandan sonra Azərbaycan, təqribən, 1 200 erməni hərbi qulluqçusunun meyitini erməni tərəfinə qaytarıb”