Yazı müsabiqəsinin qalibi açıqlandı
"Vətən müharibəsi - Qarabağ zəfəri" mövzusunda yazı müsabiqəsi keçirilib
Yazı müsabiqəsinin qalibi açıqlandı

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsi başa çatmışdır.
Təqdim olunmuş 47 referatdan 7 mövzu üzrə 10 ən yaxşı referat seçilmiş və xüsusi tədqiqat bacarığı ilə fərqlənən 10 məktəbli 26 yanvar 2021-ci il tarixdə Sabunçu rayonu üzrə onlayn şəkildə təşkil olunmuş elmi-praktik konfransda iştirak hüququ əldə etmişdir.
Rayon üzrə seçilən 10 məktəblidən biri Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin X sinif şagirdi Nihad Məmmədovdur! Biz də istedadlı vətənpərvər gəncimizi təbrik edir, ona dərslərində və fəaliyyətində uğurlarının davamlı olmasını arzulayırıq!