V-IX siniflər üzrə dərslərin bərpası ilə bağlı rəsmi açıqlama
V-IX siniflər üzrə dərslərin bərpası ilə bağlı rəsmi açıqlama
V-IX siniflər üzrə dərslərin bərpası ilə bağlı rəsmi açıqlama

"V-IX siniflər üzrə dərslərin bərpası haqqında qərar mövcud vəziyyət nəzərə alınmaqla veriləcək".
ÜMİDTV: xəbər verir ki, bunu bu gün keçirilən vebinarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, fevralın 1-dən 1-4-cü siniflər və məktəbəqədər qruplar üçün tədris qismən bərpa ediləcək:
“Fevralın 1-dən yenidən hibrid təhsil formasını tətbiq edəcəyik. Tədrisin bərpası ilə Nazirlər Kabinetinin daha əvvəl verdiyi qərar qüvvədədir. Tədris həmin qərar əsasında təşkil olunacaq. Məktəblər, müəllimlər tədrisin təşkilinə hazırdılar”.