Eks-prezident maska taxmadığı üçün cərimə olundu
Eks-prezident maska taxmadığı üçün cərimə olundu
Eks-prezident maska taxmadığı üçün cərimə olundu

ÜMİDTV: Çexiyanın keçmiş prezidenti Vaçlav Klaus maska taxmadığı üçün cərimə olunub.
2003-2013-cü illərdə ölkəyə rəhbərlik etmiş siyasətçi 465 dollar cərimə ödəməlidir.
“Çexiyanın keçmiş prezidenti Vaçlav Klaus respublikanın yaranmasının növbəti ildönümü mərasimində maska taxmadığı üçün cərimə olunub”, - deyə Praqa şəhər epidemioloji xidmətinin məlumatında bildirilib.
Eks-prezident cərimənin ləğvi üçün məhkəməyə şikayət edəcəyini bəyan edib.
Qeyd edək ki, bundan bir qədər əvvəl də Klaus karantin qaydalarını pozduğu üçün 140 dollar cərimə olunmuşdu.