AMEA professorun təyinatı ilə bağlı yayılan xəbərləri təkzib etdi
AMEA professorun təyinatı ilə bağlı yayılan xəbərləri təkzib etdi
AMEA professorun təyinatı ilə bağlı yayılan xəbərləri təkzib etdi

ÜMİDTV: “Dünən bir sıra kütləvi informasiya vasitələrində yayılıb ki, AMEA İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov guya AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilib. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu məlumatın heç bir əsası yoxdur”.
AMEA-nın Mətbuat və informasiya şöbəsinin yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, professor Elton Məmmədov hazırda da AMEA İşlər idarəsinin müdiri vəzifəsində öz fəaliyyətini davam etdirir.