Kubada helikopter qəzasında 5 nəfər həlak olub

Kubada helikopter qəzasında 5 nəfər həlak olub

Kubada helikopter qəzasında 5 nəfər həlak olub

Kubanın şərqində helikopter qəzası baş verib.

ÜMİDTV:   məlumatına görə, bu barədə "Cubadebate" portalı ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.

Məlumata görə, helikopter Olqin əyalətindən Quantanamo vilayətinə doğru uçurmuş. Qəza zamanı 5 nəfər həlak olub. Onların hamısı heyət üzvləri imiş.

Müdafə Nazirliyinin müvafiq komissiyası hadisə ilə bağlı təhqiqata başlayıb.