İşdən Çıxarılan Nazir Müavini Danışdı: “Bunu Zaman Göstərəcək”

Mənim vəzifədən getməyimlə bağlı nazirlik tərəfindən nə açıqlama verilibsə, mətbuatda nə yazılıbsa bu, kifayətdir. Həmin açıqlamanı verərkən məndən soruşub hazırlayıblar. Buna hansısa əlavəm yoxdur”.
ÜMİDTV: xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Təhsil nazirinin müavini vəzifəsindən azad edilmiş Məhəbbət Vəliyeva bildirib.
Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyinə gəlincə, M.Vəliyeva hər şeyi zamanın ixtiyarına buraxdığını deyib:
“Bunu zaman göstərəcək, indidən nəsə deyə bilmərəm”.
Sabiq müavin həmçinin, sosial şəbəkələrdə hicaba keçməsilə bağlı yayılan məlumatı şərh etməyib.
Qeyd edək ki, Məhəbbət Vəliyeva 2018-ci ilin iyun ayında təhsil nazirinin müavini təyin edilmişdi. 28 dekabr 2015-ci il tarixdən həmin təyinatadək isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışmışdı.