Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə

ÜMİDTV: Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Şəhid ailələrinə qayğı" aksiyası Lerik rayonunda davam edir. Bu xeyriyyə aksiyası çərçivəsində Yeni Azərbaycan Partiyasının Lerik Rayon Təşkilatının sədri və təşkilatın bir qrup fəal üzvü Lerik şəhərindən olan şəhid, “Vətən müharibəsi qəhrəmanı” mayor Heydərov Amid Rəbbil oğlunun, mayor Ağayev Ramil Mərdan oğlunun, gizir Əsədullayev Elnur İmanxan oğlunun və rayonun Günəşli kəndindən olan Mövlanov Vüqar Tumarxan oğlunun ailəsi ilə görüşmüş, Şəhidlərimizin məzarlarını ziyarət etmişdirlər. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minətdarlıqlarını bildirdilər.
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı tərəfindən "Şəhid ailələrinə qayğı" çərçivəsində görüşlərimiz davam etdirilir.
Müqabil Hüseyin