Lerik rayonunda 2 Fevral "Azərbaycan Gəncləri Günü" münasibəti ilə tədbir keçirilib

ÜMİDTV: Lerik Rayon İcra Hakimiyyətinin, Lerik Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral "Azərbaycan Gəncləri Günü" münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Lerik rayon Gənclər və İdman İdarəsinin sədri Natiq İsaqov, YAP Lerik Rayon Təşkilatı Gənclər Birliyinin Sədri Nüsrət Kərimov, gənc jurnalist Xəyal İbrahimzadə, gənc doktorant Cahani Nüsrətzadə, Vətən Müharibəsi iştirakçısı Şamo İbadov çıxış ediblər.
Qeyd edək ki, tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü, süverinliyi uğrunda Şəhidlik zirvəsinə ucalmış qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükütla yad etmişlər. Azərbaycanın Dövlət himni səslənməklə tədbir açıq elan olunuşdur. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun rayon gənclərinə təbriki dinlənilmiş, rayon gənclər və idman idarəsinin həyata keçirdiyi tədbirlərdən bəhs edən videoçarx nümayiş olunmuşdur.
Sonda tədbirdə 2020-ci ilin yekunlarına görə bir qrup gəncə Fəxri Fərmanlar və hədiyyələr təqdim olunmuşdur.
Elcan Məmiyev / Ümid Tv