Qarət zamanı rusiyalı alim öldürüldü, balaca uşağı bıçaqlandı - FOTO

Qarət zamanı rusiyalı alim öldürüldü, balaca uşağı bıçaqlandı - FOTO

Qarət zamanı rusiyalı alim öldürüldü, balaca uşağı bıçaqlandı - FOTO

Rusiyalı alim evini qarət edən işçisi tərəfindən öldürülüb, onun altı yaşlı uşağı isə bıçaqlanıb.

“Podyom” “Telegram” kanalının məlumatına görə, dəhşətli hadisə Rusiyanın Moskva vilayətində baş verib.

Bildirilir ki, Rusiya İqtisad Universitetinin dosenti olan Viktoriya Borkovskayadan başqa, anası da öldürülüb. 

Boğazından və sinəsindən bıçaqlanan uşaq hazırda ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

İlkin ehtimallara görə, cinayəti Tacikistan vətəndaşı Jasurjon Usmanov həyata keçirib.

Prokurorluğun məlumatına görə, o, həmin evdə işləyirmiş. Hücumdan sonra o, bütün dəyərli əşyaları götürərək, hadisə yerindən qaçıb.