Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub

: Azərbaycanda son sutkada koronavirus infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 285 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 231 154 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 246 nəfər müalicə olunaraq sağalıb, 3 158 nəfər vəfat edib. Hazırda 2 750 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 783, bu günə qədər isə ümumilikdə 2 453 083 test icra olunub