Deputatlar İkinci Fexri Xiyabanı ziyarət EDİBLƏR - FOTOLAR

Deputatlar İkinci Fexri Xiyabanı ziyarət EDİBLƏR - FOTOLAR

Deputatlar İkinci Fexri Xiyabanı ziyarət EDİBLƏR - FOTOLAR

ÜMİDTV:       Bu gün şəhidlərin sərdarı, Biləsuvarı Türk dünyasının qəhrəmanlıq paytaxtına çevirən  Mübariz İbrahimovun 33 yaşı tamam olur.

 

Bu əlamətdar gündə Millət vəkili Jalə Əhmədova və Bəhruz Məmmədov  Milli Qəhrəmanımızın məzarını ziyarət edərək, onu ehtiramla yad ediblər, həmçinin, Şəhidlər xiyabanında uyuyan Biləsuvarın digər igid oğlu, şəhid baş leytenant Xalid Gözəlovun, habelə, Azərbaycanın Milli Qəhrəmanı,  şəhid generalımız Polad Həşimovun və digər şəhidlərimizin məzarlarını da ziyarət edib, ruhları qarşısında baş əyiblər.

 

Mübarizin də, Xalidin də, general Həşimov başda olmaqla digər bütün şəhidlərimizin də ruhları şaddır, çünki, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz artıq onların uğrunda can verdiyi idealları reallaşdırmış, torpaqlarımız işğaldan azad olunmuş və düşmən tapdağından qurtulmuş bölgələrimizdəki məscidlərimizdə artıq azanlar oxunub, namazlar qılınmaqdadır! Allah şəhidlərimizə rəhmət etsin 

Müqabil Hüseyin