Azərbaycan və ABŞ rəsmiləri Qarabağ bəyanatını müzakirə ediblər
Azərbaycan və ABŞ rəsmiləri Qarabağ bəyanatını müzakirə ediblər
Azərbaycan və ABŞ rəsmiləri Qarabağ bəyanatını müzakirə ediblər

ÜMİDTV: Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.
Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.