Azərbaycanla Ermənistan hərbi əsirləri dəyişdirib

Azərbaycanla Ermənistan hərbi əsirləri dəyişdirib

Azərbaycanla Ermənistan hərbi əsirləri dəyişdirib

ÜMİDTV:    Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

Bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib.

O, qeyd edib ki, Bakıya bir, Yerevana isə beş əsir çatdırılıb.

"Bu gün əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Mənim şəxsi nəzarətim altında sülhməramlılar tərəfindən aparılan iş nəticəsində Rusiyanın Kosmik Hava Qüvvələrinin təyyarəsi ilə Bakıya bir əsir çatdırılıb və beş əsir Yerevana qaytarılıb", - Muradov jurnalistlərə deyib.

O, Rusiya sülhməramlılarının Qarabağ üzrə üçtərəfli razılaşmanın həyata keçirilməsinə töhfə verməyə davam edəcəklərini əlavə edib

 

https://ren.tv/player/video/embed/800781