Astarada yol qəzası baş verib, xəsarət alan var
Astarada yol qəzası baş verib, xəsarət alan var
Astarada yol qəzası baş verib, xəsarət alan var

ÜMİDTV: Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 1972-ci il təvəllüdlü Zülfüqarov Əmrah Vəli oğlu xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.