Fransada helikopter qəzaya uğradı, ölənlər və xəsarət alanlar var
Fransada helikopter qəzaya uğradı, ölənlər və xəsarət alanlar var
Fransada helikopter qəzaya uğradı, ölənlər və xəsarət alanlar var

ÜMİDTV: Alp dağlarının Fransaya aid hissəsində, Kurşevel dağ-xizək kurortu yaxınlığında göyərtəsində beş nəfərin olduğu helikopter qəzaya uğrayıb.
TASS-a istinadən xəbər verir ki, bu barədə Savoyya departamentinin prefekturası bildirib.
Məlumata görə, helikopter 1,9 min hündürlükdən Rozyer gölü ilə Viyar burnu arasındakı əraziyə düşüb. Xilasedicilər hadisə yerinə təxminən 40 dəqiqə sonra gəliblər.
İlkin məlumata görə, qəza zamanı iki nəfər həlak olub, daha üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.