Argentinada yoluxma sayı 2 milyonu ötüb
Argentinada yoluxma sayı 2 milyonu ötüb
Argentinada yoluxma sayı 2 milyonu ötüb

ÜMİDTV: Argentinada son sutkada daha 7 739 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib.
Bu barədə məlumat ölkənin Səhiyyə nazirliyinin tvitter səhifəsində yer alıb.
Bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 2 001 034-ə çatıb.
Bildirilib ki, yeni növ koronavirus infeksiyasına yoluxan 49 674 pasiyent dünyasını dəyişib.