Kanadada təyyarə qəzaya uğrayıb
Kanadada təyyarə qəzaya uğrayıb
Kanadada təyyarə qəzaya uğrayıb

ÜMİDTV: Kanadanın paytaxtı Ottava şəhərinin qərbində kiçik tutumlu şəxsi təyyarə qəzaya uğrayıb.
Bu barədə “СTV” telekanalı xəbər verib.
Hadisə Karp hava limanının yaxınlığında baş verib. Belə ki, iki nəfərlik “Blackshape BS100” təyyarəsi meşəyə düşərək alovlanıb.
Təyyarənin göyərtəsində neçə nəfərin olması və ölənlərin kimliyi barədə məlumat verilməyib.