Ərdoğan Azərbaycanla imzalanan daha bir sazişi təsdiqləyib
Ərdoğan Azərbaycanla imzalanan daha bir sazişi təsdiqləyib
Ərdoğan Azərbaycanla imzalanan daha bir sazişi təsdiqləyib

ÜMİDTV: Türkiyə və Azərbaycan hökumətləri arasında Mədəniyyət mərkəzlərinin qurulması, fəaliyyəti üzrə saziş təsdiqlənib.
“Resmi gazete" xəbər verir ki, bu barədə Türkiyə prezidenti müvafiq qərar imzalayıb.
“2018-ci il aprelin 25-də Ankarada "Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası arasında imzalanan Mədəniyyət Mərkəzlərinin Qurulması, İşi və Fəaliyyətlərinə dair Saziş"in təsdiqlənməsi uyğun görülüb.
Saziş imzalandığı gündən qüvvəyə minib.