Dövlət başçısı: “Biz bütün dağılmış kəndləri bərpa edəcəyik”

ÜMİDTV: “Qubadlı rayonunun Yusifbəyli kəndi - bu kənd də düşmən tərəfindən tamamilə dağıdılıb. Biz indi Laçın rayonuna gedirik - Laçın rayonunun Güləbird kəndinə. Zəngilan rayonunun İkinci Ağalı kəndində olduq. Kəndin inkişafı ilə bağlı təqdimat edildi. Bir neçə aydan sonra İkinci Ağalı kəndinin yenidən qurulmasına start veriləcək. Birinci bərpa edilən kənd olacaq. Və İkinci Ağalı kəndi “Ağıllı kənd” konsepsiyası əsasında qurulacaqdır”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
“Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaqdır. Biz bütün bu dağılmış kəndləri bərpa edəcəyik. Baxın, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün bu binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik”, - deyə dövlət başçısı əlavə edib.