Bakı Nəqliyyat Agentliyinin işçiləri avtomobildə yanğının qarşısını alıb- FOTO
Bakı Nəqliyyat Agentliyinin işçiləri avtomobildə yanğının qarşısını alıb- FOTO
Bakı Nəqliyyat Agentliyinin işçiləri avtomobildə yanğının qarşısını alıb- FOTO

ÜMİDTV: Fevralın 12-də Bakının Babək və Heydər Əliyev prospeklərtinin kəsişməsində, minik avtomobilində yanğın olub. Həmin vaxt ərazidə xidmət aparan əməkdaşlarımız ətrafdakıların köməyi ilə yanğının qarşısını alıb”.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, xidməti avtomobildə olan yanğın söndürən vasitə ilə müdaxilə edən agentlik əməkdaşları avtomobilin alovlanmasına imkan verməyiblər.