Messi Çempionlar Liqasında yeni nailiyyətə imza atdı
Messi Çempionlar Liqasında yeni nailiyyətə imza atdı
Messi Çempionlar Liqasında yeni nailiyyətə imza atdı

ÜMİDTV: İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Çempionlar Liqasında (ÇL) yeni nailiyyətə imza atıb.
Argentinalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb. 34 yaşlı forvard 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.
Bununla da Messi İspaniya "Real Madrid"inin və Almaniya "Şalke"sinin keçmiş hücumçusu Raul Qonsalesin nailiyyətini (1995 - 2011) təkrarlayıb.
Qeyd edək ki, hazırda PSJ hesabda öndədir - 3:1.