Ermənistanda daha 206 nəfərdə koronavirus aşkarlanıb
Ermənistanda daha 206 nəfərdə koronavirus aşkarlanıb
Ermənistanda daha 206 nəfərdə koronavirus aşkarlanıb

ÜMİDTV: Ermənistanda son sutkada daha 206 nəfər COVID-19-a yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 169 597-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 155-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 793 nəfərdir. İndiyədək 161 476 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 173 aktiv koronavirus xəstəsi var.