Antiinhisar Dövlət Xidməti ötən il 27 mln manatdan çox cərimə tətbiq edib

ÜMİDTV: 2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 359 müraciət daxil olub.
Bu barədə qurumun rəism üavini Məmməd Abbasbəyli məlumat verib.
Onun sözlərinə görə, müraciətlərin 21-i bazarlarda rəqabətin məhdudlaşıdırlması, 252-si təbii inhisar subyektlərinin göstərdiyi xidmətlər, 63-ü bazar subyektlərinin haqsız rəqabətə yol verməsi, 23-ü isə qanunsuz reklamın yayımı ilə bağlı olub.
“ Antiinhisar fəaliyyəti haqqında”qanunun pozulması əlamətləri üzrə 2 işə baxılıb, 27 412 962 maliyyə sanksiyası tətbiq edilib. “Haqsız rəqabət haqqında” qanunun pozulması əlamətləri üzrə isə 4 işə baxılıb, 14 179 manat maliyyə sanksiyası tətbiq edilib. Hazırda bu istiqamətdə 5 işə baxılması davam etdirilir”, - o deyib.