Mançester Siti" inamlı qələbə ilə liderliyini möhkəmlətdi
Mançester Siti" inamlı qələbə ilə liderliyini möhkəmlətdi
Mançester Siti" inamlı qələbə ilə liderliyini möhkəmlətdi

ÜMİDTV: İngiltərə Premyer Liqasında XVI turdan təxirə salınmış oyun keçirilib.
Çempionatın lideri "Mançester Siti" səfərdə "Everton"la üz-üzə gəlib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 32-ci dəqiqələrdə "şəhərlilər"in yarımmüdafiəçisi Fil Foden açıb. 5 dəqiqə sonra meydan sahibləri Rişarlisonun qolu ilə tarazlığı bərpa edib. İlk hissə bu hesabla başa çatıb. 67-ci dəqiqədə Riyad Mahrez növbəti dəfə "Mançester Siti"ni önə çıxarıb. 77-ci dəqiqədə isə Bernardu Silva görüşdə son nöqtəni qoyub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 56-ya çatdıran "Mançester Siti" zirvədəki yerini möhkəmləndirib. "Everton" isə 37 xalla 7-ci sırada qalıb.