Zaqatalada ağır qəza: Ölən və yaralananlar var
Zaqatalada ağır qəza: Ölən və yaralananlar var
Zaqatalada ağır qəza: Ölən və yaralananlar var

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 10-da, saat 18:00 radələrində Zaqatala rayonunun Suvagil kəndi ərazisində kənd sakini Samir Turacov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarına aşırıb.
Nəticədə, xəstəxanaya yerləşdirilən sürücü ölüb, üç sərnişinin vəziyyətləri qənaətbəxşdir.
Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.