Braziliyada virusa yoluxanların sayı 10 milyonu ötdü

Braziliyada virusa yoluxanların sayı 10 milyonu ötdü

Braziliyada virusa yoluxanların sayı 10 milyonu ötdü

ÜMİDTV:    Braziliyada yeni növ koronavirus infeksiyasına 51 879 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi  xəbər verir.

Bildirilib ki, son sutkada 1 367 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 10 030 626 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 milyondan çoxu müalicə olunaraq sağalıb, 243 457 nəfər vəfat edib.

Beləliklə, Braziliya ABŞ və Hindistandan sonra dünyada koronavirusa yoluxanların sayının 10 milyonu keçən üçüncü ölkə olub.