İspaniya millisinin baş məşqçisi: "Azərbaycana qarşı əla oynadıq"
İspaniya millisinin baş məşqçisi: "Azərbaycana qarşı əla oynadıq"
İspaniya millisinin baş məşqçisi: "Azərbaycana qarşı əla oynadıq"

ÜMİDTV: "Çox xoşbəxtəm, futbolçularımla fəxr edirəm. Avropa çempionatının final mərhələsinə adladıq. Bu, böyük uğurdur".
"Bu fikirləri qadınlardan ibarət İspaniya millisinin baş məşqçisi Xorxe Vilda Azərbaycana 13:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə mərhələsinin oyunundan sonra yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.
40 yaşlı mütəxəssis matç ərzində hər şeyin yaxşı keçdiyini bildirib: "Çoxlu qol vurub, qələbə qazandıq. Zədə olmadı. Soyuq havaya baxmayaraq, əla oynadıq. Qar, külək də bizə mane ola bilmədi".
Qeyd edək ki, bu qələbədən sonra xallarını 19-a çatdıran İspaniya yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.