Azərbaycanda daxili turizm üçün rezervasiya platforması yaradılır
Azərbaycanda daxili turizm üçün rezervasiya platforması yaradılır
Azərbaycanda daxili turizm üçün rezervasiya platforması yaradılır

ÜMİDTV: Dövlət Turizm Agentliyi yanında “Azərbaycan Turizm Bürosu” daxili turizm üçün rezervasiya platformasının yaradılması üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 200 manatdır.
İddiaçılar ilkin sənədləri aprelin 6-sı, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 14-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012) 505-87-04 (daxili: 2303); (051) 229-60-77.
Nəticələr aprelin 15-də, saat 12:00-da Portalda açıqlanacaq.