“Gəncə Şərab-2” səhmlərini dövriyyədən çıxarır
“Gəncə Şərab-2” səhmlərini dövriyyədən çıxarır
“Gəncə Şərab-2” səhmlərini dövriyyədən çıxarır

ÜMİDTV: Martın 29-da, saat 10:00-da “Gəncə Şərab-2” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Gəncə şəhəri, Zaur ismayılov küçəsi, 86 (Kənar küçəsi 3) ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin yenidən təşkil edilərək, təşkilati-hüquqi formasının ASC-dən MMC-yə dəyişdirilməsi, bununla əlaqədar Milli Depozit Mərkəzindəki səhmlərinin dövriyyədən çıxarılması və ləğv olunması, nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Gəncə Şərab-2” 2003-cü ildə yaradılıb, ölkənin aparıcı şərabçılıq müəssisəsidir. Onun nizamnamə kapitalı 10 685 341 manatdır.