Vətən müharibəsi iştirakçısına İcra Hakimiyyətində vəzifə verildi - FOTO

ÜMİDTV: Bilirsiniz ki, cənab Prezidentin 07 yanvar 2021-il tarixli Fərmanına əsasən, Rayon icra hakimiyyəti aparatlarında "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi" yaradılmışdır.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı cənab Faiq Qürbətovun Sərəncamı ilə qazi Zamiq Adil oğlu Mənsimli bu şöbənin müdiri təyin edilmişdir. Ehtiyatda olan baş leytenant Zamiq Mənsimli Vətən Müharibəsinin iştirakçılarındandır və Azərbaycan Respublikası Prezidentinin 25 və 30 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
Bilirsiniz ki, ötən ilin mart ayından bu təyinata qədər Zamiq Mənsimli Biləsuvar rayonunun Millət Vəkili Bəhruz Məhərrəmovun köməkçisi vəzifəsində çalışırdı ,və həmişə vətəndaşlarla münasibətlərin qurulmasında özünü dürüst əməkdaş, dövlətə və dövlətçiliyə sadiq insan kimi təsdiq etmişdir.
Yeni vəzifəsində Zamiq məllimə ugurlar arzulayırıq .