Yevlaxda 108 yaşlı qadın COVID-19-a qarşı peyvənd olundu-FOTO
Yevlaxda 108 yaşlı qadın COVID-19-a qarşı peyvənd olundu-FOTO
Yevlaxda 108 yaşlı qadın COVID-19-a qarşı peyvənd olundu-FOTO

ÜMİDTV: Azərbaycanda daha bir uzun ömürlü qadın koronavirusa qarşı peyvənd edilib.
Yevlax rayon Qoyunbinəsi kənd sakini, 1913-cü il təvəllüdlü Növrəstə Məmişova COVID-19 əleyhinə peyvənd olunub.
O, peyvənddən sonra səhhətində problemin yaranmadığını, özünü yaxşı hiss etdiyini deyib.
Qeyd edək ki, Yevlaxda COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.