Azərbaycanda koronavirusa daha 156 yeni yoluxma qeydə alınıb, 3 nəfər vəfat edib
Azərbaycanda koronavirusa daha 156 yeni yoluxma qeydə alınıb, 3 nəfər vəfat edib
Azərbaycanda koronavirusa daha 156 yeni yoluxma qeydə alınıb, 3 nəfər vəfat edib

ÜMİDTV: Azərbaycanda bu gün koronavirus infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 233 129 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib. Hazırda 2 170 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 236, bu günə qədər isə ümumilikdə 2 551 116 test icra olunub.